Home » Böyük Britaniyada inflyasiya artıb

Böyük Britaniyada inflyasiya artıb

by yunus
0 comments 0 views 1 minutes read

Böyük Britaniyada istehlak qiymətləri noyabrda illik müqayisədə 2,6% artıb.

BBN.az xəbər verir ki, bu barədə ölkənin Milli Statistika İdarəsinin (ONS) hesabatında deyilir.

Beləliklə, inflyasiya oktyabrda olan 2,3%-lə müqayisədə sürətlənib və son səkkiz ayın ən yüksək səviyyəsinə çatıb.

Ötən ay ən çox artım istirahət (3,6 faiz), mənzil-kommunal xidmətləri (3 faiz), o cümlədən ərzaq və alkoqolsuz içki (2 faiz) qiymətlərində müşahidə olunub. Nəqliyyat xidmətləri isə 0,9% ucuzlaşıb.

Britaniyada istehlak qiymətləri noyabrda əvvəlki ayla müqayisədə 0,1%, oktyabrda isə 0,6% artıb.

Ərzaq, spirt, tütün və enerji xərcləri (CPI indeksi) nəzərə alınmadan qiymətlər illik ifadədə 3,5% artıb və ay ərzində dəyişməyib. Oktyabrda artım müvafiq olaraq 3,3% və 0,4% təşkil edib.

You may also like

Leave a Comment

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.