Home » S&P Global Ratings Azərbaycanın bank sektorunun risk qiymətləndirməsini yaxşılaşdırıb

S&P Global Ratings Azərbaycanın bank sektorunun risk qiymətləndirməsini yaxşılaşdırıb

by anar
0 comments 1 views 1 minutes read

Beynəlxalq reytinq agentliyi S&P Global Ratings Azərbaycanın bank sektorunun risk qiymətləndirməsini yaxşılaşdırıb. Agentlik sahə riskinin qiymətləndirməsini “sabit”dən “müsbət”ə dəyişib. S&P analitiklərinin fikrincə, bu müsbət tendensiya, ölkədə son iki ildə 2024-2026-cı illər üçün Maliyyə Sektorunun İnkişafı Strategiyası çərçivəsində maliyyə institutlarına nəzarət və tənzimləmənin yaxşılaşdırılması təşəbbüslərini əks etdirir. Bu təşəbbüslər effektiv şəkildə həyata keçirildiyi təqdirdə, Azərbaycanda banklara nəzarət və tənzimləmənin daha da gücləndirilməsinə imkan verəcək.
2025-ci il yanvarın 1-nə olan məlumata görə, Azərbaycanın bank sektorunun aktivləri 53 milyard manatdan çox olub ki, bu da 2024-cü ilin eyni dövrü ilə müqayisədə 7,8% çoxdur. Mərkəzi Bankın məlumatına əsasən, 2024-cü ildə bank sektorunun kredit portfeli 18,7% artıb, aktivlərdə kreditlərin payı isə 44,4%-dən 48,9%-ə yüksəlib. Hesabat dövründə bank sektorunun öhdəlikləri 7,6% artaraq 46,3 milyard manata çatıb.

2024-cü ilin yekunlarına görə, sektorun xalis mənfəəti 1,4 milyard manat təşkil edib ki, bu da əvvəlki illə müqayisədə 3% azdır. Ötən il bankların əməliyyat gəlirləri 17% artaraq 5,6 milyard manata, əməliyyat xərcləri isə 25,6% artaraq 3,9 milyard manata çatıb.

You may also like

Leave a Comment

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.