Home » S&P İsrailin kredit reytinqini “mənfi”yə endirib

S&P İsrailin kredit reytinqini “mənfi”yə endirib

by yunus
0 comments 1 views 1 minutes read

S&P geosiyasi risklərə görə İsrailin kredit reytinqinin proqnozunu “neqativ”ə endirib.

BBN.az xəbər verir ki, ötən günlərdə Beynəlxalq Kredit Reytinq Agentliyi Standard & Poor’s (S&P) İsrailin kredit reytinqini “AA-” olaraq təsdiqləyib və geosiyasi risklər səbəbindən reytinq proqnozunu “stabil”dən “neqativ”ə dəyişib.

S&P İsrailin kredit reytinqinin proqnozuna yenidən baxıb.

Qurumdan verilən açıqlamada İsrailin uzun və qısamüddətli xarici valyuta və yerli valyutada kredit reytinqlərinin “AA-/A-1+” olaraq təsdiqləndiyi bildirilib.

Qeyd edək ki, açıqlamada ölkənin kredit reytinqi proqnozunun “stabil”dən “mənfi”yə dəyişdirildiyi, mənfi proqnozun isə İsrail-Fələstin münaqişəsinin daha geniş əraziyə yayılması ilə əlaqədar olduğu, ya da İsrailin kredit ölçmələrinin gözlənildiyindən daha çox mənfi təsirə məruz qalması riskini əks etdirdiyi bildirilib.

You may also like

Leave a Comment

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.