Home » “SPAR” kiberhücumlara məruz qalıb

“SPAR” kiberhücumlara məruz qalıb

by bbnadm
0 comment 0 views 1 minutes read

Niderlandın ən böyük supermarketlər şəbəkələrindən biri olan “SPAR” kibercinayətkarlığın qurbanı olub. Belə ki, şəbəkənin İngiltərənin şimalında yerləşən 300-dən çox supermarketi kiber hücumlara məruz qalıb. Şirkətin kompyuter sistemini çökdürən bu hücumlar nəticəsində sözügedən regionda yerləşən əksər supermarketlər nağdsızdan nağd ödənişə keçməyə, hətta bəzi filiallar isə bağlanmağa məcbur qalıblar.

Şirkət rəsmisi tərəfindən mətbuat konfransında istehlakçılardan sözügedən problem nəticəsində yaranan narahatçılığa görə üzr istənsə də, bu kiber hücumların şəbəkənin özünə və istehlakçılara vurduğu zərər hələ açıqlanmayıb.

Məlumat üçün qeyd edək ki, Amsterdam mərkəzli “SPAR” supermarketlər şəbəkəsi 1932-ci ildə yaradılıb və hazırda Azərbaycan da daxil olmaqla, 48 fərqli ölkədə 13 min 320 filiala sahibdir.

You may also like

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.