Home » “Toyota” elektromobil batareyası istehsalını artırır

“Toyota” elektromobil batareyası istehsalını artırır

by bbnadm
0 rəy 2 baxış 1 dəqiqə oxuma

Yaponiyanın avtomobil nəhəngi “Toyota Motors Corp” elektriklə işləyən avtomobil bazarında rəqabət qabiliyyətliliyini yüksəltmək məqsədilə daha bir irihəcmli investisiya layihəsi planlaşdırıb. “Toyota” tərəfindən yayılan məlumata görə, ABŞ-ın Şimali Karolina ştatında yeni elektromobil batareyası istehsalı üçün zavod inşasına başlanılacaq.

İstehsal prosesinin 2025-ci ildə başladılması planlaşdırılan zavodun inşası üçün şirkət tərəfindən ilkin olaraq 1.29 milyard dollar həcmində vəsait ayrılıb. Şimali Karolina ştatının İqtisadi İnvestisiyalar Komitəsi tərəfindən zavodun inşası üçün “Toyota” şirkətinə 438.7 milyon dollarlıq stimul paketi veriləcək. Yeni zavodun inşası tamamlandıqdan sonra, zavodun istehsal proseslərində təqribi 1750 nəfərin işlə təmin olunacağı güman edilir.

“Toyota” şirkəti elektromobil batareyası istehsalına növbəti on il ərzində 13.6 milyard dollardan artıq vəsait yatıracağını açıqlayıb. Ümumilikdə isə, “GlobalData” data analitikası şirkəti tərəfindən aparılan araşdırmalara əsasən, elektromobil batareyası istehsalı 2024-cü ilə qədər 95.3 GWh səviyyəsindən 410.5 GWh səviyyəsinə yüksəldiləcək.

Oxşar xəbərlər

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.