“Sparkassenstiftung für internationale Kooperation”, ABA və IFC arasında görüş keçirilmişdir

03 iyun 2020-ci il tarixində “Sparkassenstiftung für internationale Kooperation”, Azərbaycan Banklar Assosiasiyasının “Ödəniş sistemləri və rəqəmsal bankçılıq” və “Marketinq və PR” ekspert qruplarının və International Finance Corporation (IFC) iştirakı ilə görüş keçirilmişdir.

Görüş zamanı “Sparkassenstiftung für internationale Kooperation”, Azərbaycan Banklar Assosiasiyası (ABA), International Finance Corporation (IFC) və Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən hazırlanmış 1.Koronavirus infeksiyasından qorunmaq üçün mən bank xidmətlərindən necə istifadə edə bilərəm?, 2.Alış-veriş zamanı koronavirus infeksiyasından özümü necə qoruya bilərəm?, 3.Karantin rejimində mən öz ödəniş kartımın balansını necə artıra bilərəm? video-çarxların davamı olaraq hazırki şəraitdə vətəndaşların və eyni zamanda kiçik və orta biznes nümayəndələrinin bankların xidmətlərindən necə istifadə etmələrinə dair əlavə yeni videolar da hazırlanaraq ictimaiətləşdirilməsi, vətəndaşların bankların rəqəmsal xidmətlərindən istifadə etməklə banka gəlmədən öz sağlamlıqlarını qoruması ilə əlaqədar yeni videoların çəkilməsi məsələləri müzakirə edilmişdir.

Görüş zamanı həmçinin, rəqəmsal ödənişlərin inkişafı ilə əlaqədar vətəndaşlar arasında sorğunun keçirilməsi müzakirə olunmuşdur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır