Home » Şri Lanka: İnflyasiya dərəcəsi avqustda 70.2%-ə yüksəlib

Şri Lanka: İnflyasiya dərəcəsi avqustda 70.2%-ə yüksəlib

by bbnadm
0 rəy 0 baxış 1 dəqiqə oxuma

Şri Lankada illik inflyasiya dərəcəsi avqustda 70%-dən çox yüksəlib və 70.2% olub, ölkə son 7 onillikdə ən pis iqtisadi böhran ilə mübarizə aparır. Rəsmi rəqəmlər, həmçinin, göstərib ki, ərzağın qiymətləri bir il öncə ilə müqayisədə 84.6% artıb. 22 milyon əhalisi olan Cənubi Asiya ölkəsində bu il maliyyə və siyasi xaos höküm sürürdü və xarici valyutalar qıtlığı yaranmışdı. Ölkə əsas məhsulları – bura daxildir, yanacaq, gübrə, dərmanlar almaqda çətinlik çəkirdi.

BBN.az bu haqda BBC Business-ə istinadən xəbər verir.

Hökumət inflyasiyanı 70%-dən aşağı salmaq ilə bağlı vəd versə də, ötən həftə açıqlanan rəqəmlər göstərib ki, avqustda başa çatan 3 ayda iqtisadiyyat 8.4% kiçilib. Bu ilin əvvəlində Şri Lanka International Monetary Fund (IMF) ilə 2.9 milyard dollar, 2.6 milyard funt sterlinq ilkin kredit ilə bağlı razılığa gəliblər. Bununla belə, saziş ölkənin özəl kreditorlardan vəsait almasından da asılıdır.

Ötən həftənin əvvəlində Birləşmiş Millətlər Təşkilatının (United Nations-UN) Dünya Ərzaq Proqramının rəsmiləri bildirirdilər ki, “təcili həll yolu olmasa, situasiya növbəti aylarda daha pis olacaq”. Proqramın bir hissəsi olaraq Şri Lankaya kömək olmaq üçün 15 milyon dollara başa gələn 600 ton düyü ilk ərzaq yardımı olaraq Avstraliyadan çatdırılıb. Yaxın zamanlarda düyü ilə yanaşı, yemək hazırlamaq üçün yağ da çadırılacaq. Məqsəd isə vəziyyətin ən pis təsir etdiyi 22 milyon əhalinin 3.4 milyonuna köməklik göstərməkdir.

Qeyd edək ki, Şri Lanka dünyada yüksək ərzaq qiymətlərinin olduğu TOP 10 ölkə sırasındadır. 

Oxşar xəbərlər

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.