Home » Dünyanın ən güclü valyutası – funt sterlinqin enməsi gələcək və ABŞ üçün nə deməkdir?

Dünyanın ən güclü valyutası – funt sterlinqin enməsi gələcək və ABŞ üçün nə deməkdir?

by bbnadm
0 rəy 0 baxış 2 dəqiqə oxuma

Güclü dollar Amerika şirkətləri və stok investorları üçün pis xəbər kimi səslənə bilər. 

Xəbər verdiyimiz kimi bazar ertəsi günü funt sterlinq ABŞ dollarına qarşı rekord səviyyədə aşağı enmişdi. Bu isə hökumətin sənayeyə investisiya etməklə, iqtisadiyyatı yüksəltməkdən dolayı “vergi endirimi” elanından sonra baş vermişdi. Tarixən funt sterlinq dünyadakı ən güclü valyutalardan biri olub. Həftənin əvvəlində ən aşağı səviyyəyə 1.04 dollara enmişdi, daha sonra isə təxminən 1.07 dollara ticarət edilirdi. Son bir neçə onillikdə funt sterlinqin dollar qarşısında orta qiyməti nə az, nə çox düz 1.50 olub. 

Şübhəsizdir ki, zəif funt sterlinq ingilislər üçün həyatı daha bahalı edəcək. Bunu maliyyə xidmətləri şirkəti Hargreaves Lansdown-də analitik çalışan Sarah Coles də təsdiq edir. O, qeyd edib ki, okeanın o tayından alınan – xammaldan tutmuş, ev üçün lazım olan əsas ehtiyaclara qədər hər şey daha bahalı olacaq. 

Ancaq bununla ilin əvvəlindən funt sterlinqin enməsininin təsirlərini hiss edənlər var. Məsələn, ingilis sürücü indi benzin çənini doldurmaq üçün orta hesabla 5.45 dollar, yaxud 5 funt sterlinq daha çox ödəməli olur. 

Tombs kolleci, Pantheon-da baş iqtisadçı çalışan Ian Shepherdson isə bildirir ki, indi ingilislərin 99%-i bir neçə həftə ilə müqayisədə daha kasıbdırlar, ancaq hələ ki özlərinin bu haqda xəbərləri yoxdur. 

Ekspertlər isə deyirlər ki, funt sterlinqin enməsinin dünyanın ən güclü iqtisadiyyatının olduğu ABŞ-a birbaşa bir təsiri yoxdur.

Kaliforniya Universiteti, Berkeley-də beynəlxalq iqtisadçı çalışan Maurice Obstfeld deyib ki, vəziyyət qlobal məsələdən daha çox Böyük Britaniya hökumətinin apardığı iqtisadi siyasət ilə bağlıdır. 

Ancaq başqa bir aspekdən baxdıqda funt sterlinqin dəyərinin düşməsi ABŞ dollarının daha güclü olması deməkdir, həmçinin amerikalılar xaricdən daha çox məhsul ala və istirahət edə bilərlər. Eyni zamanda, amerikalılar üçün inflyasiyanı aşağı salmağa kömək ola bilər. Amerika şirkətləri isə mallarını xaricdə satmaq üçün tarixən daha ucuz dollara etibar ediblər. Narahat olanlar təkcə Amerika şirkətləri deyil, eyni zamanda güclü dollar risk faktoru olan dəyərli vəsaitlər üçün yaxşı xəbər hesab edilmir. 

Oxşar xəbərlər

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.