
Cari ilin oktyabrın 1-nə Azərbaycanda sürətli pul köçürmə sistemləri vasitəsilə banklara 255,8 min əməliyyat üzrə 152,9 milyon manat vəsait daxil olub.
Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə əməliyyatların sayında 1,9% azalma, vəsait həcminə görə isə 17,2% artım deməkdir.
Hesabat dövründə bir daxil olan ödənişin orta məbləği 597,7 manat təşkil edib ki, bu da illik müqayisədə 19,6% çoxdur.
Banklardan kənara sürətli pul köçürmələri üzrə isə 65,2 min əməliyyat çərçivəsində 43,2 milyon manat vəsait göndərilib. Bu, ötən illə müqayisədə əməliyyat sayında 28,1% azalma, göndərilən vəsaitdə isə 7,9% azalmadır.
Bir göndərişin orta məbləği 663,1 manat olub və illik ifadədə 28,1% artıb.







