Home » Tacikistan və Azərbaycan arasında investisiya və ticarət əlaqələrinin genişləndirilməsi müzakirə olunub

Tacikistan və Azərbaycan arasında investisiya və ticarət əlaqələrinin genişləndirilməsi müzakirə olunub

by Aytac
0 comments 0 views 1 minutes read

Tacikistanın Gülüstan şəhərində keçirilən “Avrasiya ölkələrində azad iqtisadi zonaların rəqəmsallaşdırılması” adlı Beynəlxalq İnvestisiya Forumu çərçivəsində Tacikistanın iqtisadi inkişaf və ticarət naziri Abdurahmonzoda Abdurahmon Səfərəli ilə Azərbaycanın iqtisadiyyat nazirinin müavini Sahib Ələkbərov arasında görüş keçirilib.

Tacikistanın İqtisadi İnkişaf və Ticarət Nazirliyinin məlumatına görə, tərəflər ticarət-iqtisadi və investisiya əməkdaşlığının genişləndirilməsi perspektivlərini müzakirə ediblər. Xüsusi diqqət müştərək müəssisələrin yaradılmasına, Azərbaycan kapitalının Tacikistanın azad iqtisadi zonalarına cəlb olunmasına, habelə sənaye kooperasiyasına, rəqəmsal texnologiyaların tətbiqinə və nəqliyyat-logistika infrastrukturunun gücləndirilməsinə yönəldilib.

Görüşdə ikitərəfli ticarətin yüksək dinamikası xüsusi vurğulanıb: 2025-ci ilin yekunlarına əsasən, iki ölkə arasında ticarət dövriyyəsi 2024-cü illə müqayisədə 241 faiz artaraq 14,7 milyon ABŞ dollarına çatıb. Bu müsbət dinamika davam edir və 2026-cı ilin birinci yarımilliyində qarşılıqlı ticarətin həcmi 10,2 milyon dollar təşkil edib.

Sonda tərəflər əldə olunmuş razılaşmaların təcrübədə reallaşdırılması, birgə investisiya təşəbbüslərinin fəal şəkildə təşviq edilməsi, eləcə də Tacikistan və Azərbaycanın işgüzar dairələri arasında əlaqələrin hərtərəfli dəstəklənməsi niyyətlərini bir daha təsdiqləyiblər.

You may also like

Leave a Comment

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.