
Texnologiyaların gələcəyi bu gün Bakıda doğulur, burada onlarla ölkədən ən yaxşı tələbələri və aparıcı ekspertləri birləşdirən 49-cu ICPC dünya finalı keçirilir.
“Report” xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov Beynəlxalq Universitetlərarası Proqramlaşdırma Müsabiqəsinin (ICPC) 49-cu dünya finalının açılış mərasimində bildirib.
Onun sözlərinə görə, hazırda Bakı şəhərində 100-dən çox universitetin nümayəndələri toplaşıb.
“İKT yeni ideyaların yarandığı məkandır, lakin daha da əhəmiyyətlisi texnologiyanın gələcəyinin formalaşdığı yerdir. Bölgəmiz üçün bu xüsusilə vacibdir, çünki gənc nəsil yeni imkanlar inkişaf etdirərək gələcəyə böyük ümid qazanır”, – deyə T.Kazımov vurğulayıb.
AMB sədri əlavə edib ki, nəzarət, bilik, süni intellekt, kibertəhlükəsizlik və digər sahələr bəşəriyyətin gələcəyi üçün mühüm əhəmiyyət daşıyır:
“Bu, sektorumuzun və iqtisadiyyatımızın maliyyə sabitliyi, maliyyə cəmiyyətinin genişləndirilməsi və iştirakçılarının hüquqlarının qorunması ilə birbaşa bağlıdır. Mənim üçün ICPC-nin Azərbaycanda keçirilməsi xüsusi əhəmiyyət kəsb edir. 1999-cu ildə kiçik bir anbar, supermarketlər şəbəkəsi üçün proqram tərtib etməklə ilk qonorarımı almışdım”.




