Home » ICPC prezidenti rəqəmsal gələcəyin formalaşmasında tələbələrin rolunu qeyd edib

ICPC prezidenti rəqəmsal gələcəyin formalaşmasında tələbələrin rolunu qeyd edib

by Zeyneb
0 comments 0 views 1 minutes read

Beynəlxalq Universitetlərarası Proqramlaşdırma Müsabiqəsi (ICPC) sadəcə bir yarış deyil, bütün dünya tələbələri üçün gələcəyə bir tramplindir.

BBN.az xəbər verir ki, bunu ICPC Fondunun prezidenti Bill Pauçer Bakıda keçirilən 49-cu ICPC dünya finalının açılış mərasimində deyib.

“Bütün dünyada ICPC – sizin tramplininizdir. Bu, sizin, dostlarınız və qonşularınız üçündür. Siz imkanlar, məsuliyyət və ümidlər dövrünə daxil olursunuz. Cəsarətlə qurun, həllər yaradın, məsələləri həll edin. Ən əsası isə yalnız yazdığınız kod vasitəsilə deyil, həm də sizi bu gün buraya gətirən nəcib ortaq məqsəd vasitəsilə əlaqəli qalın. Siz bu cəmiyyətə aidsiniz. Sizinlə birlikdə burada olmaq bizim üçün şərəfdir”, – deyə o qeyd edib.

Fond rəhbəri əlavə edib ki, Bakıdakı olimpiadada iştirak edən tələbələr ICPC-nin canlı qüvvəsidir: “ICPC ruhu könüllülər, iştirakçılar və tərəfdaşlar nəsilləri vasitəsilə ötürülür”.

You may also like

Leave a Comment

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.