0
Türkiyə Mərkəzi Bankı (TCMB) həftəlik statistika göstəricilərini açıqlayıb. Bu göstəricilərə görə, ötən həftə ərzində Türkiyə Mərkəzi Bankın qızıl ehtiyatları 863 milyon dollar həcmində azalaraq, 42.81 milyard dollar olub. Müxtəlif valyutalarda saxlanılan ehtiyatların həcmi 2.2 milyard dollar geriləyərək, 68 milyard 180 milyon dollar olub.
Məlumat üçün qeyd edək ki, TCMB ümumi ehtiyatları 110.26 milyard dollar həcmində olub. Bu isə, ötən həftəyə nəzərən, 2.883 milyard dollar azalma deməkdir.