Home » TDAM rəhbəri türkiyəli tədqiqatçılarla “Türk Dünyası 2040 Vizyonu”nu müzakirə edib

TDAM rəhbəri türkiyəli tədqiqatçılarla “Türk Dünyası 2040 Vizyonu”nu müzakirə edib

by anar
0 comments 1 views 1 minutes read

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin nəzdində fəaliyyət göstərən Türk Dünyası Araşdırmalar Mərkəzinin (TDAM) rəhbəri Vüsalə Cəfərova Niğde Ömer Halisdemir Universitetinin nümayəndələri ilə görüş keçirib.

Görüşdə “Türk Dünyası 2040 Vizyonu” və Türk dövlətlərinin iqtisadi inteqrasiyası ilə bağlı qarşıya qoyulan hədəflərə nail olmaq üçün akademik qurumlar və tədqiqat mərkəzlərinin birgə fəaliyyəti müzakirə olunub. Vüsalə Cəfərova Türk dünyası üçün əhəmiyyət daşıyan məsələlərlə bağlı Mərkəzin fəaliyyəti və tərəfdaş beyin mərkəzləri ilə birgə icra olunan layihələr barədə qonaqlara məlumat verib.

Niğde Ömer Halisdemir Universitetinin İqtisadiyyat və İdarəetmə fakültəsinin dekanı Prof. Dr. Başaran Öztürk, Fənn və Ədəbiyyat fakültəsinin müəllimi Prof. Dr. Faruk Çolak təmsil etdikləri qurumun 2014-ci ildən etibarən ənənəvi olaraq hər il keçirilən Türk Dünyası Araşdırmaları Simpozimunun təsisçisi olduğunu bildiriblər. Qonaqlar Universitetin Türk dünyasında iqtisadi araşdırmalar sahəsində həyata keçirdiyi və hazırda icrada olan layihələri barədə məlumat veriblər, sahibkarlığın inkişafı, innovativ maliyyələşdirmə mövzularında İİTKM-lə əməkdaşlıqda maraqlı olduqlarını bildiriblər.

Sonda Vüsalə Cəfərova TDT ölkələrinin beyin mərkəzləri ilə birlikdə hazırlanan “Türk dövlətləri iqtisadiyyatı” kitabını qonaqlara təqdim edib.

You may also like

Leave a Comment

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.