Home » “Tech Solutions for ESG Performance of Banks” mövzusunda vebinar keçirilib

“Tech Solutions for ESG Performance of Banks” mövzusunda vebinar keçirilib

by yunus
0 comments 0 views 1 minutes read

31 yanvar 2025-ci il tarixində “Clarity AI” şirkətinin dəstəyi və ABA-ya üzv bankların nümayəndələrinin iştirakı ilə “Tech Solutions for ESG Performance of Banks” mövzusunda vebinar keçirilmişdir.

Görüşdə iştirakçıların ESG çərçivələri, beynəlxalq hesabat standartları, karbon izinin ölçülməsi, həmçinin ESG məlumatlarının təhlili və idarə edilməsi sahəsindəki praktiki təcrübələri barədə fikir mübadiləsi aparılmışdır.

Əlavə edək ki, 2017-ci ildə yaradılan “Clarity AI” bütün dünyada tanınan, müxtəlif beynəlxalq mükafatlara layiq görülən dayanıqlı texnologiya platformasıdır.

Qeyd edək ki, Azərbaycan Banklar Assosiasiyası (ABA) 1990-cı ildə kommersiya bankları tərəfindən təsis edilib. ABA-nın əsas məqsədi üzv-təşkilatların maraqlarını qorumaq, onların müxtəlif növ işgüzar xidmətlərə olan ehtiyaclarının ödənilməsinə dəstək göstərmək və fəaliyyətlərini əlaqələndirməkdən ibarətdir. Hazırda, 22 bank və 2 qeyri-bank kredit təşkilatı, 4 digər təşkilat olmaqla, ümumilikdə 28 təşkilat ABA-nın üzvüdür.

You may also like

Leave a Comment

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.