Home » “Technest” çərçivəsində internat məktəblərində İKT üzrə tədris həyata keçirilir

“Technest” çərçivəsində internat məktəblərində İKT üzrə tədris həyata keçirilir

by ulviyya
0 rəy 3 baxış 1 dəqiqə oxuma

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin “Technest” Təqaüd Proqramı çərçivəsində 3 internat evində kompüter bilikləri üzrə təlimlərə başlanılıb. Burada əsas məqsəd valideyn himayəsindən məhrum olmuş uşaqlara İKT sahəsində ilkin bilikləri ötürmək, onları rəqəmsal dövrdə təhsil və peşə imkanlarını artıra biləcək praktiki biliklərlə təchiz etməkdir.

2 nömrəli ümumi orta internat məktəbi, 11 nömrəli İnteqrasiya təlimli internat məktəbi, 8 nömrəli sanatoriya tipli internat məktəbində həyata keçirilən təlimlərdə 3 ay ərzində iştirakçılara rəqəmsal bacarıqların artırılması, kompüter hissələrinin sökülüb yığılması, ofis proqramları ilə işləmə bacarığı istiqamətində tədris keçirilir. Proqrama hər internat evindən 13-16 yaş aralığında olan 15 nəfər uşaq qoşulub.

Qeyd edək ki, “Technest” Təqaüd Proqramı çərçivəsində həyata keçirilən sosial statuslu şəxslər üçün təlimlər valideyn himayəsindən məhrum olmuş uşaqlarla yanaşı, az təminatlı xanımlar, şəhid ailə üzvləri, qazilər, az təminatlı ailələrdən cəlb olunmuş şagirdləri də əhatə edir.

Oxşar xəbərlər

Rəy bildir

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.