Home » “Technest” təqaüd proqramı çərçivəsində məşğulluq tədbirləri üzrə əməkdaşlıq ediləcək

“Technest” təqaüd proqramı çərçivəsində məşğulluq tədbirləri üzrə əməkdaşlıq ediləcək

by anar
0 rəy 4 baxış 1 dəqiqə oxuma

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi arasında birgə əməkdaşlığa dair Memorandum imzalanıb.

Sənədi İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin sədr əvəzi İnarə Vəliyeva və Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Mustafa Abbasbəyli imzalayıb.

“Technest” təqaüd proqramı çərçivəsində imzalanan Memoranduma əsasən, tərəflər işaxtaran və işsiz şəxslərin proqrama cəlb edilməsi, iştirakçılar üçün karyera planlaması, proqrama cəlb edilən şəxslərin işlə təminatına dəstək verən işəgötürənlərlə əməkhaqqının birgə maliyyələşməsi proqramı üzrə əməkdaşlıq edəcək. Həmçinin razılaşmaya əsasən layihə iştirakçılarına özünüməşğulluq proqramı çərçivəsində də dəstək göstəriləcək.   Bundan başqa tərəflər arasında qarşılıqlı təcrübə mübadiləsi aparılacaq, proqrama cəlb olunan şəxslər üçün Agentliyin Peşə Hazırlığı Mərkəzlərində peşə kursları təşkil ediləcək.

Qeyd edək ki, “Technest” təqaüd proqramı 2021-ci ilin oktyabr ayından Rəqəmsal İnkişaf və Nəqliyyat nazirliyinin təşəbbüsü ilə İnnovasiyalar və Rəqəmsal İnkişaf agentliyinin nəzdində yaradılıb. Məqsəd ölkədə İKT sahəsində kadr bankının yaradılması prosesinə töhfə vermək və əmək bazarındakı kadr ehtiyaclarını qarşılamaqdır.

Oxşar xəbərlər

Rəy bildir

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.