Home » “TEKNOFEST Azərbaycan” çərçivəsində “Sosial yönümlü texnologiyalar’’ müsabiqəsinə qeydiyyat başlayıb

“TEKNOFEST Azərbaycan” çərçivəsində “Sosial yönümlü texnologiyalar’’ müsabiqəsinə qeydiyyat başlayıb

by bbnadm
0 rəy 0 baxış 2 dəqiqə oxuma

“TEKNOFEST Azərbaycan” Aerokosmik və Texnologiya Festivalına hazırlıq çərçivəsində sosial innovasiya, “GovTech”, sağlamlıq və ilk yardım kateqoriyalarını əhatə edən “Sosial yönümlü texnologiyalar” müsabiqəsinə qeydiyyat başlayıb.

Məlumat üçün bildiririk ki, “TEKNOFEST” Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin təşkilatçılığı ilə bu ilin 26 – 29 may tarixlərində Bakıda ilk dəfə olaraq keçiriləcək. Beynəlxalq brendə çevrilən “TEKNOFEST”in keçirilməsində əsas məqsəd aviasiya, kosmik sənaye, rəqəmsal iqtisadiyyat, sosial innovasiyalar, təhsil və digər sahələrin gənclər arasında təbliği, bu sahələrdə sahibkarlığın təşviq edilməsi, festival çərçivəsində təşkil olunan yarışlar vasitəsilə gənc mühəndislərin bilik və bacarıqlarının üzə çıxarılması, eləcə də milli texnologiyaların geniş ictimaiyyətə təqdim olunmasıdır.

“Sosial yönümlü texnologiyalar” müsabiqəsində iştirak etmək istəyən namizədlər sosial innovasiya, “GovTech”, sağlamlıq və ilk yardım kateqoriyaları üzrə öz innovativ həll yollarını təqdim edə bilərlər. Bu sahələrdə innovasiya və texnologiyaları orijinal və milli resurslarla həyata keçirmək əsas hədəfdir.

Müsabiqə sosial məsuliyyət çərçivəsində texnoloji bilik və təcrübələrin inteqrasiya edilərək cəmiyyət üçün faydalı ola biləcək layihələrin ərsəyə gətirilməsi məqsədini daşıyır. İnsanların sosial həyatına təsir edən bütün sahələrdə innovasiya və texnoloji inkişafla tətbiq olunacaq layihələrin hədəfində cəmiyyətə töhfə və səmərəlilik dayanır. 

Müsabiqənin şərtlərinə əsasən, Azərbaycanın ali təhsil müəssisələrində təhsil alan tələbələr B kateqoriyası üzrə, fərdi iştirakçılar və onlardan ibarət komandalar isə С kateqoriyasını təmsil edərək yarışmada iştirak edə bilərlər.

Mükafat Fondu hər iki kateqoriya üzrə I yer 6000 AZN, II yer 4000 AZN, III yer isə 2000 AZN təşkil edir.

Müsabiqədə iştirak edəcək komandalar layihənin inkişafına məsləhətçi (mentor) cəlb etməlidir. Məsləhətçi qismində çıxış edəcək şəxsin təsdiqedici sənədi layihənin təsviri ilə birlikdə sistemə yüklənilməlidir. Həmçinin məsləhətçi komandanı finala qədər dəstəkləməyə məsul olmalıdır.

Müsabiqədə iştirak etmək üçün son müraciət tarixi 17 fevral 2022-ci ildir.

Qeydiyyat üçün elektron keçid: https://teknofest.az/az/competitions/

Əlavə məlumat əldə etmək üçün:

             050 251 40 28

            office@teknofest.az

            teknofest.az   

Oxşar xəbərlər

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.