Home » “Tesla” irqçiliyə görə cərimələnib

“Tesla” irqçiliyə görə cərimələnib

by bbnadm
0 comments 0 views 1 minutes read

Elektriklə işləyən avtomobillərin istehsalı sahəsində lider şirkətlərdən olan “Tesla” Kaliforniya məhkəməsi tərəfindən cərimələnib. ABŞ mərkəzli şirkətin cərimələnməsinə əsas səbəb kimi şirkətdaxili irqçiliyin qarşısının alınmasına çalışmaması göstərilib.

Belə ki, şirkətin Fremont zavodunda lift operatoru olaraq işləyən Oven Diaz adlı işçi şirkəti məhkəməyə verib. 2015-2016-cı illər ərzində irqçilik hadisələrinə məruz qaldığı iddiasıyla məhkəməyə müraciət edən Diazın iddiası doğrulanıb. Nəticə etibarilə, şirkətin Diaza 6.9 milyon dollar məbləğində mənəvi təzminat və 130 milyon dollar həcmində cərimə təzminatı ödəməsinə qərar verilib. Məlumat üçün qeyd edək ki, cari ilin may ayında şirkətin Melvin Berry adlı əməkdaşı da irqçilik əsası ilə şirkəti məhkəməyə verib və 1 milyon dollar təzminat alıb.

You may also like

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.