
Bu barədə “The Economist Group”un araşdırma və təhlil bölməsi olan “Economist Intelligence Unit”in (EIU) proqnozunda qeyd olunub.
EIU-nun hesablamalarına əsasən, Azərbaycanda orta aylıq əməkhaqqı 2026-cı ildə 1108,4 manat, 2027-ci ildə 1157,7 manat, 2028-ci ildə 1204,2 manat, 2029-cu ildə isə 1264,8 manat olacaq. Proqnoza görə, əməkhaqqında artım 2025-ci ildə 6%, 2026-cı ildə 5,2%, 2027-ci ildə 4,5%, 2028-ci və 2029-cu illərdə isə 4,5% təşkil edəcək.
Qeyd edək ki, Azərbaycanda orta aylıq nominal əməkhaqqı ötən il 1009,2 manat olub. Rəsmi proqnozlara əsasən, 2026-cı ilin dövlət büdcəsi layihəsində orta aylıq nominal əməkhaqqının gələn il 1170,8 manat, 2027-ci ildə 1246,8 manat, 2028-ci ildə 1327,6 manat, 2029-cu ildə isə 1411,8 manat olacağı nəzərdə tutulub.
Mənbə: APA-Economics







