“The International Monetary Fund”dan Macarıstan, Slovakiya, Çex ilə bağlı xəbərdarlıq

“Rusiya bizi qorxudur, Avropaya qarşı enerjini silah kimi istifadə edir. Avropa Rusiya təbii qazının qismən, yaxud bütövlüklə dayandırılmasına hazır olmalıdır”.

BBN.az Forbes nəşrinə istinadən yazır ki, bu sözləri Avropa Komissiyasının prezidenti von der Leyen çərşənbə günü açıqlamasında deyib.  

Təkcə, Rusiya təbii qazının bütövlüklə dayandırlması ehtimalı Avropa enerji bazarına təsir etmir. Avropada enerjinin qiyməti mayda 39,2% olub, inflyasiya rekord həddə çatıb 8.1%.

Avropa Komissiyasının səfiri Rusiyaya qarşı 7-ci sanksiyanın qəbul ediməsinə razılıq verib, bu dəfə isə Rusiyanın qızıl ixracına fokuslanıblar. “Observatory of Economic Complexity” sənədinə görə, 2020-ci ildə Rusiya 18,7 milyard dollarlıq qızıl ixrac edib ki, bu da onu dünyanın ən böyük qızıl ixracatçısı edib. 

“Avropa Komissiyasının üzləri avqustdan marta qədər 15%-lik təbii qazın azalmasını müzakirə etmək üçün çərşənbə axşamı görüşəcəklər”, – deyə Komissiyanın prezidenti deyib. 

Reuters-in hesabatına görə, Rusiya Ukraynanı işğal etməmişdən öncə Avropaya ildə 155 milyard kub metr təbii qaz ixrac edirdi, bu isə Avropanın enerji ehtiyatının 40%-i demək idi. 

“Aggregated Gas Stroage Inventory”nin məlumatına görə, Avropada enerji ehtiyatı hazırda 65%-dən aşağıdır, bu isə Avropanın hədəfi olan 80%-dən olduqca azdır. Həmçinin ehtiyat azlığı Şərqi və Mərkəzi Avropa ölkərində – Bolqarıstan (41,4%), Xorvatiya (43,73%), Macarıstan (46,83%), Latviya (48,78%) müşahidə edilməkdədir

“The International Monetary Fund” isə xəbərdarlıq edir ki, enerji ehtiyatının azlığı Macarıstan, Slovakiya, Çex Respublikasında ÜDM-nin 6%-ə qədər azalmasına səbəb ola bilər. 

Qeyd etmək yerinə düşər ki, Komissiyanın prezidenti bazar ertəsi günü Azəbaycana səfər etmişdi və tərəflər arasında təbii qazın Avropaya ixracı ilə bağlı Memorandum imzalanmışdı. Sənədə görə, Azərbaycan 2027-ci ilə qədər Avropaya təbii qazın ixracını ildə 20 milyard kub metrə qədər yüksəltməlidir. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır