“Bu il Asiyanın iqtisadi inkişafı 4.2% olacaq, bu isə apreldə gördüyümüz rəqəmlərdən 0.7%, ötən ilki 6.5%-lik göstəricidən aşağıdır. Çin üçün bir illik proqnoz apreldəki 4.4%-dən 3.3%-ə salınıb və 2023-cü ildə 4.6%-lik inkişaf gözlənilir”.
BBN.az “The International Monetary Fund”-ın (IMF) rəsmi bloquna istinadən xəbər verir ki, aşağıda ölkələrin 2022-ci ildəki real Ümumi Daxili Məhsul (ÜDM) proqnoz inkişaf göstəriciləri faizlərlə qeyd edilib. Bu proqnoz yalnız Sakit okean sahilindəki ölkələri və Asiyanı əhatə edir. IMF-dən deyilib ki, Asiyanın iqtisadiyyatı inflyasiya təzyiqinə görə zəif inkişaf göstəriciləri göstərib(ir). Buna səbəb Rusiya və Ukrayna müharibəsi və iqtisadiyyat üçün digər şoklar olub.
IMF-dən bildirilib ki, belə yüksək qiymətlər kasıb və risk faktoru böyük olan əhaliyə təsir edir, etirazlar başlayır, necə ki, bunu Şri-Lanka və digər ölkələrdə müşahidə etdik: “Asiyada artan inflyasiya təzyiqləri digər regionlar ilə müqayisədə idarəediləbilən səviyyədədir, ancaq qiymətlərin artımı bir çox ölkələrin Mərkəzi Banklarının hədəflərini keçir”, – deyə IMF-nin 2022-2023-cü illə bağlı yeni proqnoz hesabatında deyilib.

2022-ci illə bağlı inkişaf proqnozu (real ÜDM inkişafı, faizlərlə):
Avstraliya 3.8%
Yaponiya 1.7%
Koreya 2.3%
Kamboca 5.1%
Çin 3.3%
Hindistan 7.4%
İndoneziya 5.3%
Laos Xalq Demokratik Respublikası 2.2%
Malayziya 5.1%
Myanma 1.6%
Nepal 4.2%
Flippin 6.7%
Tayland 2.8%
Vyetnam 7.0%
Aşağıdakı cədvəldə isə 2021, 2022, 2023-cu illə bağlı göstərici və proqnozlar yer alır.
