Home » “The Sun” nəşri İngiltərə Mərkəzi Bankının faiz qərarının ipoteka krediti olan borclulara təsirini araşdırıb – Foto

“The Sun” nəşri İngiltərə Mərkəzi Bankının faiz qərarının ipoteka krediti olan borclulara təsirini araşdırıb – Foto

by bbnadm
0 rəy 0 baxış 2 dəqiqə oxuma

Avqustun 4-də İngiltərənin Mərkəzi Bankı “Bank of England” faiz dərəcələrini 1.25%-dən 1.75%-ə yüksəltmişdi. Bu son 27 ildə ən böyük rəqəm idi, məqsəd isə ölkədə inflyasiya ilə mübarizə aparmaq idi. Ölkənin “The Sun” nəşri faiz dərəcələrinin artımından sonra bu halın ipoteka kreditləri olan şəxsə təsirini göstərmək üçün nümunələr gətirib.

BBN.az xəbər verir ki, dekabrın 21-dən əvvəl, 0.1% dərəcəsi ilə Mərkəzi Bankın təyin etdiyi, ipoteka faiz dərəcəsi 3.59 olan 100.000 funt sterlinq borc üçün aylıq ödəniş 505 funt sterlinq idi, aylıq artım yox idi. Eyni dövrdə 250.000 funt sterlinq ipoteka krediti üçün aylıq ödəniş 1.263 funt sterlinq idi, yenə də aylıq artım yox idi. 400.000 funt sterlinq dəyərində ipoteka krediti üçün aylıq ödəniş 2.022 funt sterlinq idi, yenə də artım yox idi. 

İyunun 16-dan 1.25% dərəcəsi ilə ipoteka faiz dərəcəsi 4.74 olan 100.000 funt-sterlinqi olan borclu aylıq 570 funt sterlinq ödəyirdi, faiz artımından sonra isə eyni borca görə 64 funt sterlinq artıq ödəyirdi. Müvafiq olaraq 250.000-ə görə 160, 400.000-ə görə isə 256 funt sterlinq əlavə ödəyir.

Sonuncu 1.75% artımı qərarından sonra isə 100.000 ipoteka krediti olan şəxs 93 funt sterlinq, 250.000-ə görə 233 funt sterlinq, 400.000 funt sterlinqə görə isə 372 funt sterlinq artıq ödəmiş olur. 

Qeyd edək ki, “Good Morning Britain” TV proqramının məlumatına, əsasən ölkədə inflyasiya 9%-dir ki, bu da son 40 ildə ən yüksək rəqəmdir. 

Oxşar xəbərlər

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.