Home » “The Economist”: Yüksək inflyasiya, nələri bilməlisiniz?

“The Economist”: Yüksək inflyasiya, nələri bilməlisiniz?

by bbnadm
0 rəy 0 baxış 2 dəqiqə oxuma

İstehlak məhsulları üzrə qiymətlər artır, bir çox dünya ölkələrinin Mərkəzi Bankları faiz dərəcələrini artırır, ümumilikdə qlobal inflyasiya yenidən yüksəlir. “The Economist” nəşri belə bir sual verir: “Nəyə görə, dünyada milyonlarla insan yüksək inflyasiyadan qoruna bilmir? və biz nə etməliyik ki, inflyasiyanı nəzarət edilə bilən səviyyəyə gətirək?”. 

Nəşr öncə inflyasiya nədir? sualına cavab axtarır. Jurnalın iqtisadi redaktoru Henry Curr deyib ki, “Məhsul və xidmətlər üzrə orta qiymətlərin yüksəlməsidir. Təkcə bir məhsul və xidmət yox, bütün hər şey daha da bahalaşır. Biz bunu müqayisə edilən qiymətlərin dəyişməsi adlandırırıq”. 

O, deyib ki, inflyasiya aşağı olduqda insanlar bu haqda narahat olmurlar, yüksəldikcə, daha çox diqqət ayrılır, çünki müştərilər aldıqları hər şeydə qiymətin yüksəldiyinin şahidi olurlar: “Onlar büdcələrindən daha ehtiyatla istifadə etməli olurlar”. 

Henri əlavə edir ki, son 3 onillikdə inflyasiyanı nəzarətdə saxlamaq Mərkəzi Bankın məsuliyətindədir. Hazırda inflyasiya olduqca yüksəkdir və sual budur ki, Mərkəzi Bank inflyasiya ilə mübarizə aparmaq üçün faiz dərəcələrini hansı həddə qədər artıracaq?”. 

“The Economist” nəşrinin bildirdiyinə görə, hazırda Mərkəzi Bank faiz dərəcələrini çox sürətlə artırır: “Bank ümid edir ki, bununla inflyasiyanı aşağı sala biləcək”.

“Məsələn, Amerikada faiz dərəcələrinin artımı 1980-ci illərdən bəri daha çox baş verib. Nəticələrin nə qədər ağrılı ola biləcəyini demək isə çətindir. Əsasən yüksək inflyasiya şəraitində faiz dərəcələrinin artırılması, ölkəni iqtisadi tənəzzülə aparır, nəinki inflyasiyanı aşağı salır”, – deyə nəşrin iqtisadçıları deyib.

Gözlənilən inflyasiya tələb və təklif arasındakı balansdır: “İnflyasiyanı aşağı salmaq üçün başqa yollar da var, məsələn, daha sərt maliyyə siyasəti, vergilərin artırılması, xərcləmələri azaltmaq qiymətləri aşağı sala bilər”.

Oxşar xəbərlər

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.