Home » Tramp Aİ mallarına gömrük rüsumlarının tətbiqini təxirə saldı

Tramp Aİ mallarına gömrük rüsumlarının tətbiqini təxirə saldı

by yunus
0 comments 2 views 1 minutes read

ABŞ Prezidenti Donald Tramp, 2025-ci il iyunun 1-dən etibarən Avropa İttifaqına (Aİ) qarşı nəzərdə tutulan 50 faizlik birbaşa gömrük rüsumunun tətbiqini təxirə saldığını açıqlayıb.

BBN.az xəbər verir ki, Tramp bu barədə “Truth Social” platformasında Avropa Komissiyasının sədri Ursula fon der Leyen ilə telefon danışığı haqqında paylaşım edib.

O bildirib ki, fon der Leyen gömrük vergisinin tətbiqi üçün əlavə vaxt istədiyini vurğulayıb. Tramp isə bu müraciəti nəzərə alaraq, rüsumların tətbiqini 9 iyul 2025-ci il tarixinə qədər təxirə saldığını qeyd edib. O, göstərdiyi marağa görə fon der Leyenə təşəkkür edib və AB–ABŞ ticarət danışıqlarının yaxın zamanda başlayacağını bildirib.

Öz növbəsində, Ursula fon der Leyen də sosial media hesabında paylaşım edərək Tramp ilə məhsuldar bir telefon danışığı keçirdiyini qeyd edib. O, “Avropa İttifaqı və ABŞ dünyanın ən əhəmiyyətli və yaxın ticarət tərəfdaşlarıdır” ifadəsini işlədib.

You may also like

Leave a Comment

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.