Home » Transfertin DSMF gəlirlərində nisbi payının bu il 2017-ci illə müqayisədə 13% azalaraq 25% olacağı gözlənilir

Transfertin DSMF gəlirlərində nisbi payının bu il 2017-ci illə müqayisədə 13% azalaraq 25% olacağı gözlənilir

by bbnadm
0 rəy 0 baxış 1 dəqiqə oxuma

Bu ilin 6 ayında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabelyindəki  Dövlət Sosial Müdafiə Fonduna (DSMF) pensiyaların maliyyələşdirilməsi ilə bağlı dövlət öhdəliklərinin icrası üçün transfertin (dövlət büdcəsindən ayrılan vəsaitin) həcmi 903 mln. manat müəyyən olunsa da, həmin vəsaitin 848 mln. manat istifadə edilib.

Beləliklə, yanvar-iyun aylarında  Fondun xərcləri 24% və ya 453 mln. manat artsa da, transfertin həcmi proqnozdan 55 milyon manat və ya 6% az olub.

Ümumilikdə son illərdə sosial müdafiə sahəsində xərclərin optimallaşdırılması, effektiv idarə olunması, şəffaflığın təmin edilməsi və əsassız xərclərin qarşısının alınması nəticəsində ciddi maliyyə qənaətlərinin əldə olunması Fondun transfert asılılığının əhəmiyyətli dərəcədə azalmasına imkan yaradıb.

Dövlət büdcəsindən ayrılan vəsaitin Fondun gəlirlərində nisbi payının 2020-ci ildə 2017-ci illə müqayisədə 13% azalaraq 25% təşkil edəcəyi proqnozlaşdırılır. Bu da Fondun dövlət büdcəsindən aslılığının azalması və maliyyə dayanıqlığının möhkəmlənməsinin əsas göstəricisidir.

Qeyd edək ki, pensiyaların təyinatının elektronlaşdırılması, saxta və əsassız pensiya işlərinin ləğvi, inzibati nəzarət tədbirlərinin gücləndirilməsi və şəffaflığın təmin edilməsi pensiyalarının nominal xərcləri üzrə 2018-ci ildə 26 mln. manat, 2019-cu ildə 104 mln. manat, 2020-ci ilin ilk altı ayında 55 mln. manat vəsaitə qənaət edilməsinə imkan verib. İndeksasiya göstəriciləri tətbiq edildikdə son 2 ildə pensiya xərcləri üzrə qənaətin həcmi ümumilikdə 238 mln. manat təşkil edib.

Oxşar xəbərlər

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.