Home » Türk lirəsi son 2 ayın ən aşağı səviyyəsinə enib

Türk lirəsi son 2 ayın ən aşağı səviyyəsinə enib

by bbnadm
0 rəy 1 baxış 1 dəqiqə oxuma

Bazar günü, yəni mayın 14-də Türkiyədə bir-neçə aydır davam edən seçki kampaniyasından sonra prezident seçkiləri keçirilib.

BBN.az Reuters nəşrinə istinadən xəbər verir ki, türk lirəsinin qiymətləri isə son 2 ayın ən aşağı səviyyəsinə enib. Bildirilib ki, valyutanın məzənnəsi dollar qarşısında 19.70, daha sonra isə 19.66-a qədər enib. Bu isə fevralda baş verən ölümcül zəlzələdən sonra martda özünün çatdığı ən yüksək 19.80-dən xeyli uzaq görünür. Hazırda isə 1 dollar 19.64 türk lirəsinə bərabərdir.   

Qeyd etmək yerinə düşər ki, potensial namizədlər isə hazırkı prezident, AK partiyasının rəhbəri, 69 yaşlı Rəcəb Tayyib Ərdoğan və onun rəqibi Cümhuriyyət Xalq Partiyasının rəhbəri 75 yaşlı Kamal Kılıçdaroğludur. Sorğu nəticələrinə və son səslərin hesablanmasına əsasən potensial prezidentin Rəcəb Tayyib Ərdoğan (97% bütün səsdən 49.39%-i Erdoğanın, 44.92%-i isə Kamal Kılıçdaroğlunun payına düşür) olacağı gözlənilir.

Oxşar xəbərlər

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.