Türkiyə elektriklə işləyən lokomotiv istehsalına başlayacaq

“Gələn il elektirik enerjisi ilə işləyən milli lokomotivin istehsal prosesinə başlayacağıq” – deyə  İstanbul Atatürk Hava Limanındakı 12. Nəqliyyat və Kommunikasiya Şurasında çıxış edən Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan nitqində vurğulayıb. “E5000 Elektrikli Anahat Lokomotifi” adlandırılan bu lokomotivin istehsalı layihəsi aprel ayından start götürüb və artıq lokomotivin performans və yük daşıma testləri uğurla tamamlanıb. TÜLOMSAŞ və TÜBİTAK tərəfdaşlığı çərçivəsində icra edilən layihəyə əsasən lokomotivlərin batareyalarının da yerli idarə olan ASPİLSAN tərəfindən hazırlanması planlaşdırılıb.

Prezident həmçinin çıxışında qeyd edib ki, nəqliyyat və rabitə sektoruna son 19 ildə 1 trilyon lirədən çox sərmayə yatırılıb və bunun əsas hissəsi dəmiryolu sahəsinin təkmilləşdirilməsinə xərclənib. 12 min 800 kilometrlik dəmiryolu şəbəkəsi yenilənib. 3500 kilometr uzunluğunda yeni xəttlər istifadəyə verilib. Sürətli qatar xəttlərinin və vaqonlarının istehsalına və idxalına xüsusi diqqət ayrılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır