Home » Türkiyə ticarət nazirinin müavini Ağdam Sənaye Parkında olub

Türkiyə ticarət nazirinin müavini Ağdam Sənaye Parkında olub

by anar
0 comments 1 views 1 minutes read

Türkiyə nümayəndə heyətinə Ağdam Sənaye Parkında sahibkarlar üçün yaradılmış əlverişli işgüzar mühit və güzəştlər barədə məlumat verilib.

Türkiyə Respublikasının ticarət nazirinin müavini Mustafa Tuzcunun rəhbərlik etdiyi nümayəndə heyəti işğaldan azad edilmiş ərazilərdə bərpa quruculuq işləri ilə tanış olub. İqtisadiyyat nazirinin müavini Səməd Bəşirli ilə keçirilən görüşdə qonaqlara işğaldan azad olunmuş ərazilərimizdə, eyni zamanda Ağdam Sənaye Parkında görülmüş işlər, investorlar üçün cəlbedici imkanlar, sahibkarlıq fəaliyyəti üçün yaradılmış infrastruktur, tətbiq edilən vergi, gömrük və digər güzəştlər barədə məlumat verilib.

Bildirilib ki, dövlət başçısı cənab İlham Əliyevin 28 may 2021-ci il tarixli Fərmanı ilə yaradılmış Ağdam Sənaye Parkı işğaldan azad edilmiş ərazilərimizin biznes potensialının reallaşdırılması, qeyri-neft sektorunun inkişafı, məşğulluq səviyyəsinin yüksəldilməsi və rəqabətqabiliyyətli məhsul istehsalının artırılması baxımından xüsusi əhəmiyyət kəsb edir.  Qarabağla digər bölgələrin qovşağında yerləşən  Ağdam Sənaye Parkı rezident sayına görə ölkə üzrə sənaye parkları arasında ikinci yerdədir.  Sənaye Parkında hazırda 9 müəssisə fəaliyyət göstərir. Burada istehsal edilən məhsulların daxili bazarda satışı ilə yanaşı, ixracı da həyata keçirilir.

Nümayəndə heyəti parkın ərazisində yerləşən istehsal müəssisələrinin fəaliyyəti ilə tanış olub.

Türkiyə nümayəndə heyəti səfər çərçivəsində Xankəndi və Şuşa şəhərlərində olub, tarixi yerləri ziyarət edib, bərpa və yenidənqurma işləri ilə maraqlanıb.

You may also like

Leave a Comment

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.