

Avqustda Türkiyənin Mərkəzi Bankının gözlənilmədən faiz dərəcələrini azaltmasından sonra inflyasiya yüksəlib. Belə ki, bazar ertəsi günü açıqlanan məlumatlara, əsasən ölkədə illik inflyasiya avqustda 80.21%-i keçərək son 24 ilin ən yüksək səviyyəsinə çatıb. Bu rəqəm isə proqnozlardan bir qədər aşağıdır.
BBN.az Reuters-ə istinadən xəbər verir ki, qurumun qərarından sonra ölkədə nəqliyyat və ərzağın qiymətləri yüksəlib.
İnflyasiya ilə bağlı data-lardan sonra İstanbul rəsmiləri nəticələri sorğu etməyə başlayıblar. İnflyasiyanın yüksək qalacağına dair proqnozlara, rəğmən bank iqtisadiyyatın yavaşlamasını əsas gətirərək faiz dərəcələrini 100 baza bəndi azaldaraq 13%-ə çatdırmışdı.

Qeyd edək ki, Reuters-in daha öncəki proqnozuna görə, ölkədə illik inflyasiyanın 81.22% olacağı bildirilirdi. Ötən ayın nəticələri isə daha yüksək olub 81.4% idi, bu isə 1998-ci ilin avqustundan bəri ən yüksək rəqəm kimi qiymətləndirilirdi. Data-lardan sonra lirə dollar qarşısında 18.2240-a ticarət edilib.
Reuters-in məlumatına, əsasən ən yüksək illik inflyasiya ictimai nəqliyyatda hiss edilir, burada illik inflyasiya 116.87%-ə çatıb, baxmayaraq ki, sektorda aylıq qiymətlər 1.78% enib. Əsas ərzaq məhsulları və alkoqol olmayan içki sektorunda isə qiymətlər 90.25% artıb.
Hökumətin bazar günü açıqladığı proqnozlara görə isə, Türkiyə ilin sonuna qədər inflyasiyanın 65%-ə qədər azalacağını gözləyir. Reuters-in sorğusu 2022-ci ilin sonu səviyyəsini 71%-dən bir qədər aşağı göstərib.
Ötən gün isə DW Business TV özünün hazırladığı proqramda qeyd etmişdir ki, əslində inflyasiyanı əks etdirən real rəqəmlər daha yüksəkdir.