Türkiyənin 15 bankı cərimələnib

Türkiyənin 15 bankı ölkənin Bank Tənzimləməsi və Nəzarəti Agentliyi (BDDK) tərəfindən 19.65 milyon türk lirəsi (2.84 milyon dollar) məbləğində cərimələnib. Bankların adlarını açıqlamayan BDDK rəsmisi qeyd edib ki, banklara cərimənin tətbiq edilməsi müştərilər tərəfindən şikayətlərin daxil olması nəticəsində həyata keçirilib. Səbəb kimi isə, bankların koronavirus pandemiyası nəticəsində iqtisadi geriləmənin yüngülləşdirilməsi məqsədilə qəbul edilən yeni qaydaların icrasını yerinə yetirməmələri göstərilib.

BDDK tərəfindən təyin edilən yeni qaydalar Türkiyə banklarının koronavirusun fiziki şəxslər və sahibkarlara vurduğu ziyanı yüngülləşdirmək missiyasını özündə əks etdirir. Kredit ödənişlərində müştərilərə vaxt güzəştinin verilməsi, kreditin verilməsi üçün qoyulan kriteriyaların azaldılması, bəzi borcların restrukturizasiyası yeni qaydalarda öz yerini tapıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır