Home » Türkiyənin xarici ticarət kəsiri 7,4 milyard dollara yüksəlib

Türkiyənin xarici ticarət kəsiri 7,4 milyard dollara yüksəlib

by yunus
0 comments 0 views 1 minutes read

Türkiyənin oktyabr ayında xarici ticarət kəsiri ötən ilin eyni dövrü ilə müqayisədə 24 faiz artaraq 7,4 milyard dollar olub.

BBN.az xəbər verir ki, ilkin xarici ticarət göstəricilərini İstanbulda açıqlayan ticarət naziri Ömər Bolat oktyabr ayında ixracatın ötən ilin eyni ayına nisbətən 2,3 faiz artaraq 24 milyard dollara çatdığını bildirib.

Yanvar-oktyabr dövründə 10 aylıq ixracat 224,6 milyard dollar, son 12 aylıq ixracat isə 270,2 milyard dollar təşkil edib.

Oktyabr ayında mal idxalı isə ötən ilin eyni ayına nisbətən 6,6 faiz artaraq 31,4 milyard dollar olub.

Beləliklə, həmin dövrdə xarici ticarət kəsiri 24 faiz artaraq 7,4 milyard dollar səviyyəsində qeydə alınıb.

You may also like

Leave a Comment

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.