0
![](https://bbn.az/wp-content/uploads/2024/05/Azerbaycan_Kredi_karti_570x90.png)
Türkiyə Mərkəzi Bankı (TCMB) həftəlik statistika göstəricilərini açıqlayıb. Bu göstəricilərə görə, ötən həftə ərzində Türkiyə Mərkəzi Bankın qızıl ehtiyatları həftə ərzində 230 milyon dollar həcmində azalaraq, 38.507 milyard dollar olub. Müxtəlif valyutalarda saxlanılan ehtiyatların həcmi 5.786 milyard dollar geriləyərək, 78 milyard 367 milyon dollar olub.
Məlumat üçün qeyd edək ki, TCMB ümumi ehtiyatları 116.874 milyard dollar həcmində olub. Bu isə, ötən həftəyə nəzərən, 6 milyard 17 milyon dollar azalma deməkdir.