Home » “Uber” və “Hyundai” yeni layihəyə başlayırlar

“Uber” və “Hyundai” yeni layihəyə başlayırlar

by bbnadm
0 rəy 0 baxış 1 dəqiqə oxuma

ABŞ mərkəzli beynəlxalq nəqliyyat şəbəkəsi “Uber” Cənubi Koreyanın avtomobil istehsalçısı “Hyundai” şirkəti ilə əməkdaşlığa başlayıb. Bu barədə, şirkətlər Las Veqas şəhərində keçirilən “CES 2020” sərgisində açıqlama veriblər.

Tərəfdaşlığın hədəfi, uçan və elektriklə işləyən taksilərin istifadəyə verilməsidir. Tərəfdaşlıq çərçivəsində, “Hyundai” şirkəti hava nəqliyyat vasitələrinin istehsalından, “Uber” şirkəti isə hava nəqliyyat şəbəkəsinin təşkili və tənzimlənməsindən məsul olacaq.

Tamamilə elektriklə işləyəcək hava nəqliyyat vasitəsinin maksimal 300 km/saat sürətə malik olacağı, yer səthindən 300-600 metr yüksəklikdə hərəkət edəcəyi və 7 dəqiqəlik şarj olunma müddəti olacağı vurğulanıb. Layihənin 2023-cü ilədək başa çatması planlaşdırılır.

Oxşar xəbərlər

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.