Ukrayna iqtisadiyyatı 46% kiçiləcək

Rusiya və Ukrayna arasında uzun bir müddətdir ki davam edən qarşıdurma iki ölkənin iqtisadiyyatına da kəskin təsirlər göstərəcək.

Ekspertlərin proqnozlarına görə, Rusiya iqtisadiyyatı beynəlxalq reytinq təşkilatları tərəfindən reytinqinin endirilməsi, eləcə də qərb ölkələrinin sanksiyalarının təsiri ilə 15% həcmində kiçiləcək. Yalnız Çin Xalq Respublikası ilə qarşılıqlı ticarət ölkə iqtisadiyyatının və yerli valyutanın geriləməsinin qarşısını qismən alaraq ləngidə bilər.

Qarşıdurmanın əsas zərərçəkən tərəfinin isə Ukrayna olması gözlənilir. Dünən yayımlanan “Economist Intelligence Unit” hesabatına əsasən, Ukrayna iqtisadiyyatının cari ildə 46.5% geriləməsi proqnozlaşdırılıb. Hücumların əsas şəhərlərə və onların infrastrukturlarına vurduğu zərər isə 600 milyard dollar məbləğində dəyərləndirilib. Ümumilikdə isə, Ukrayna iqtisadiyyatının qarşıdurmadan əvvəlki vəziyyətinə qayıtmasının 2037-ci ildən tez baş verə bilməyəcəyi ehtimal edilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır