Home » Ümummilli lider Heydər Əliyevin 100 illiyinə həsr edilmiş “Liderlik və Strateji düşüncə” mövzusunda Təlim Proqramı keçiriləcəkdir

Ümummilli lider Heydər Əliyevin 100 illiyinə həsr edilmiş “Liderlik və Strateji düşüncə” mövzusunda Təlim Proqramı keçiriləcəkdir

by bbnadm
0 comments 3 views 1 minutes read

13-14 may 2023-cü il tarixlərində Azərbaycan Banklar Assosiasiyası (ABA) və Azərbaycan Bank Tədris Mərkəzinin (ABTC) birgə təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevin 100 illiyinə həsr edilmiş “Liderlik və Strateji düşüncə” mövzusunda Təlim Proqramı baş tutacaqdır.

Proqramda bankların və digər ABA-ya üzv təşkilatların rəhbər şəxsləri və əməkdaşlarının iştirakı nəzərdə tutulur.

Təlim proqramı çərçivəsində liderlik və strateji düşüncə üzrə təlimlər, iştirakçılar arasında liderlik vərdişlərinin aşılanmasına dair qrup oyunları təşkil olunacaqdır.

~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
Azərbaycan Banklar Assosiasiyası (ABA) 1990-cı ildə kommersiya bankları tərəfindən təsis edilib. ABA-nın əsas məqsədi üzv-təşkilatların maraqlarını qorumaq, onların müxtəlif növ işgüzar xidmətlərə olan ehtiyaclarının ödənilməsinə yardım göstərmək və fəaliyyətlərini əlaqələndirməkdən ibarətdir. Hazırda, 25 bank və 5 qeyri-bank kredit təşkilatı ABA-nın üzvüdür.

Azərbaycan Bank Tədris Mərkəzi (ABTC) 2000-ci ildə Avropa Birliyi tərəfindən yaradılıb, Azərbaycan Banklar Assosiasiyasının törəmə müəssisəsidir. İndiyə qədər ABTC tərəfindən 240-a yaxın təlim mövzusu üzrə, 36 mindən çox dinləyiciyə 2500-ə yaxın təlim kursu təşkil edilmişdir.

You may also like

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.