Home » Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü münasibətilə Mərkəzi Bank tərəfindən növbəti ağacəkmə tədbiri keçirilib – Foto

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü münasibətilə Mərkəzi Bank tərəfindən növbəti ağacəkmə tədbiri keçirilib – Foto

by ulviyya
0 rəy 4 baxış 1 dəqiqə oxuma

Azərbaycan Respublikası Mərkəzi Bankı sosial məsuliyyəti və sağlam ekoloji mühitin yaradılmasını təşviq edən təşəbbüslər həyata keçirməyə davam edir. Belə ki, Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü münasibətilə noyabr ayının 18-də Mərkəzi Bank tərəfindən növbəti ağacəkmə tədbiri təşkil olunmuşdur.

Bu tədbir çərçivəsində Mərkəzi Bankın əməkdaşları tərəfindən Müşfiqabad qəsəbəsində yerləşən ərazidə Abşeron yarımadasının torpaq-iqlim şəraitinə uyğun 500 Eldar şamı və zeytun ağacı əkilmişdir.

Tədbirin keçirilməsində əsas məqsəd ölkəmizdə ekoloji tarazlığın və ətraf mühitin qorunmasına hər zaman xüsusi əhəmiyyət verən ulu öndərin əziz xatirəsini yad etmək, dahi liderin yaşıllaşdırma ənənələrini davam etdirmək olmuşdur.

Qeyd edək ki, Milli Depozit Mərkəzi də Mərkəzi Bankın keçirdiyi bu yaşıllaşdırma təşəbbüsünə qoşulmuşdur.

Xatırladaq ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Mərkəzi Bank, Azərbaycan Banklar Assosiasiyası, Azərbaycan Sığortaçılar Assosiasiyası, Azərbaycan Mikromaliyyə Assosiasiyası, Azərbaycan Fond Bazarı İştirakçıları Assosiasiyası və Azərbaycan Fintex Assosiasiyası arasında imzalanmış Anlaşma Memorandumu çərçivəsində bu ildən başlayaraq 10 il ərzində hər il 100 000 ağac olmaqla, ümumilikdə 1 000 000 ağacın əkilməsi nəzərdə tutulmuşdur.

Oxşar xəbərlər

Rəy bildir

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.