Home » Unibank həssas əhali qruplarına dəstək olmaqda davam edir

Unibank həssas əhali qruplarına dəstək olmaqda davam edir

by bbnadm
0 comments 0 views 1 minutes read

Unibank özünüməşğulluq layihəsi çərçivəsində həssas əhali qruplarına dəstək olmaqda davam edir. Bu dəfəbank daha iki vətəndaşımızın şəxsi biznesini yaratmaq arzusunu reallaşdırıb. Nazlı Bayramova və Ramil Səmədov özünüməşğulluq layihəsi çərçivəsində “Unibank”ın dəstək verdiyi vətəndaşlarımızdandırlar. Unibankəməkdaşları onlara şəxsi bizneslərini qurmaq üçün lazım olan bütün avadanlıqları təqdim edib.

Nazlı Bayramova: “Mənim üçün çox sevindirici gün oldu. Nəhayət, ən böyük arzuma çatdım. Sevdiyim işlə məşğul ola biləcəm. Unibank mənə bu işimi qurmaq üçün lazım olan avadanlıqları təqdim etdi. Bu layihədə əməyi keçən hər kəsə çox təşəkkür edirəm!”

Ramil Səmədov: “Mən uzun illərdir bu işlə məşğul oluram. Amma lazımi avadanlıqlarım olmadığından həmişə problem yaranıb. Bu avadanlıqları almağa isə imkanım olmayıb. İnanıram ki, bu gündən sonra müştərilərimin də sayı artacaq, gəlirlərim də çoxalacaq. Layihənin bütün iştirakçılarına təşəkkürümü bildirirəm”. 

Qeyd edək ki, Unibank həssas əhali qruplarının özünüməşğulluq proqramına qoşulub. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Mərkəzi Bank və Azərbaycan Banklar Assosiasiyası arasında imzalanmış Memorandum çərçivəsində banklar şəxsi biznesini qurmaq istəyən həssas əhali qruplarını öz biznes planlarına uyğun olaraq istehsal və ya xidmət avadanlıqları ilə təmin edir. Məqsəd həmin şəxslərin kiçik ailə bizneslərini qurmalarına və yaxud mövcud bizneslərini  inkişaf etdirmələrinə dəstək olmaqdır.

Unibank-hər kəsin bankı!

You may also like

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.