Home » “Unicapital” İnvestisiya Şirkəti ötən ilin maliyyə nəticələrini elan edib

“Unicapital” İnvestisiya Şirkəti ötən ilin maliyyə nəticələrini elan edib

by anar
0 comment 1 views 1 minutes read

“Unicapital İ.Ş.” ASC 2022-ci ilin maliyyə nəticələrini açıqlayıb. Açıqlamaya əsasən, nəticələr üzrə illik gəlir 2.6 milyon manat olub. Əldə olunan gəlirin əsas hissəsi şirkətin müəyyən etdiyi strateji inkişaf istiqamətlərinə uyğun olaraq risklərin idarə edilməsi, satış kanallarının inkişaf etdirilməsi və yeni rəqəmsal məhsulların yaradılmasına yönləndirilib.

Bunun nəticəsində şirkətin cəmi aktivləri əvvəlki dövrlə müqayisədə 79% artaraq, 18.4 milyon manat təşkil edib və ilin yekunları üzrə 406.9 min manat mənfəət əldə edilib.

Şirkətin dayanıqlılığının əsas göstəricilərindən olan kapital adekvatlığı əmsalı normativdən 3 dəfə artıq olub.

Kapitalın effektivliyini ifadə edən ROE 27%-in üzərində təşkil edib ki, bu da öz növbəsində yüksək əməliyyat və mənfəətlilik göstəricisidir.

Həmçinin, 2022-ci ildə əldə edilmiş texnoloji nailiyyətlər nəticəsində 20 000+ alətlə, 20-dən çox bazarda onlayn qaydada investisiya etmək imkanı verən, ilk Azərbaycan dilli vahid ticarət platforması olan “UTrader” istifadəyə verilib.

Azərbaycanda rəqəmsal bankçılığın inkişafı məqsədilə ərsəyə gətirilmiş “Leobank”, “Unicapital”ın xidmətlərindən istifadə edərək, Azərbaycanda ilk dəfə mobil bankçılıq tətbiqində “investisiya” funksiyasını aktiv edib.

Müasir və innovativ yeniliklərin vəhdətində böyüyən şirkətdə işçi sayı ötən ilə nisbətdə 40%, qeyri-maddi aktivlərin həcmi isə təqribən 5 dəfə artıb, müştəri sayı  600 000-ə çatıb.

2022-ci ilin yekunu üzrə şirkətin məcmu kapitalı ödənilmiş dividentləri nəzərə almaqla (800 000 manat) 1.5 milyon manat təşkil edib.

You may also like

Leave a Comment

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.