Home » Vaxtın idarəedilməsində “4 Ds qayda”sı

Vaxtın idarəedilməsində “4 Ds qayda”sı

by bbnadm
0 rəy 3 baxış 2 dəqiqə oxuma

4 Ds qaydası (the rule of 4 Ds) vaxtın idarəedilməsi (time management) ilə bağlı populyar strategiyalardan biri hesab edilir və vaxtın boşa itirilməsinin qarşısını alır. Bu qayda proseslərdə çevik qərar verməyə əsaslanır, məsələn, siyahıdan hansı işləri çıxarmaq olar? və yaxud işləri kimə və necə ötürmək lazımdır?, və ya özün etməlisənmi? və s.

İngiliscədən 4 Ds ilə başlayan sözdən do, defer (delay), delegate and delete (drop) ərsəyə gəlib, sırası ilə etmək, gecikmək, bölüşdürmək və silmək mənalarını ehtiva edir. Tapşırıq və layihələrin ərsəyə gətirilməsi prosesində bu qaydaya riayət edilməsi qısa zamanı daha effektiv keçirməyə və daha vacib olanlara fokuslanmağa kömək olur.

Niyə 4 Ds məhsul menecerləri üçün əhəmiyyətlidir?

Məhsul menecerləri daim çox məşğuldurlar və hər gün, hər saat milyonlarla tələb və sorğu əldə edirlər və xırda bir nüans isə onların diqqətini hər an dağıtmağa qadirdir. Layihə və insanların doğru istiqamətdə olmaqları üçün məhsul menecerləri effektiv yolla prioritetləri təyin etməlidirlər. Bir qayda olaraq, uğurlu məhsul menecerləri vaxtın idarəedilməsində ustadırlar.

4 Ds texnikasını necə tətbiq etməli?

Sözsüz ki, hər-birimizin daim yenilənən tapşırıqlar siyahımız var və məhsul menecerləri də istisna deyil. Limitli vaxtımızdan elə istifadə etməliyik ki, nəticə əldə edə bilək və əmin ola bilək ki, biz böyük hədəflərə çatmaq üçün doğru yoldayıq. 4 Ds texnikası ilə günə necə başlamalı? Birinci növbədə tapşırıqlar siyahınıza nəzər salın, ilk olaraq hansı tapşırığı tez həll etmək olar? ona fokuslanın. Yaxud həmin işi komanda üzvlərinizdən birinin etməsi üçün bölüşün. Qərar sizindir. İndi isə yenidən həmin siyahıya nəzər salın. Hansı tapşırıqları siyahıdan çıxarmaq olar?, yaxud hansı vacib tapşırıqlar indi üçün təxirə salına bilər? və s.

Calendar-ın CEO-su Con Rempton öz tövsiyələrini bizimlə bölüşüb: “Bu güclü və sadə texnikanı gündəlik fəaliyyətinizə tətbiq edin və görəcəksiniz ki, vaxtın idarəedilməsində böyük yol qət etmisiniz. Eləcə də vaxtınızın ən çox nəyə boşa sərf edildiyini də analiz edə biləcəksiniz. Müasir qadjetlər, təqvim və qeyd dəftərləri bu yolda köməkçiniz olacaq”. 

Məsələn, do – etmək kateqoriyasına daxil olan işlər bunlardır: Elektron məktublara cavab verilməsi, telefon danışıqlarına geridönüş edilməsi, hesabatların çapdan çıxarılması və s.

Defer (delay) – gecikdirmək – Həmkarlarınızdan yeni bir tələb və yaxud yeni layihə ideyası. 

Delegate – bölüşdürmək – Bu tapşırıqlar sizə gələcəkdə fayda verə bilər, elə isə onu başqa komanda yoldaşlarınız ilə bölüşün. 

Delete ­–  drop – silmək – Məhsuldar olmayan görüşlər, əhəmiyyətli olmayan elektron məktublar və s.

Və bonus daha bir fikir: “Tapşırıq siyahınızda olan işi etməyə can atın. Əgər onları yerini do – etmək siyahısına salsanız, əmin olun ki, bu işi ən yaxşı şəkildə edəcəksiniz”.

Oxşar xəbərlər

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.