Home » VTB (Azərbaycan)-ın aktivləri 6,3% artıb

VTB (Azərbaycan)-ın aktivləri 6,3% artıb

by yunus
0 comments 1 views 1 minutes read

VTB (Azərbaycan) ASC 2025-ci ilin ikinci rübünün nəticələrini açıqlayıb. Bank ikinci rübdə 6,319 milyon manat xalis mənfəət əldə edib. Hesabata əsasən, aktivlər 2024-cü ilin 4-cü rübü ilə müqaisədə 10 faiz artaraq 337,037 milyon manata çatıb.

Kredit portfelinin ümumi həcmi 237,495 milyon manat təşkil edib. Bu ilin ikinci rübündə 16,8 milyon manatdan çox biznes kreditləri verilmişdir. Beləliklə, bu seqment üzrə portfel 70,6 milyon manatı ötüb.

Bankın xalis faiz gəlirləri 2025-ci ilin ikinci rübündə 15,9 milyon manat, qeyri-faiz gəlirləri isə 7 milyon 300 min manata çatıb.

2025-ci ilin 2-ci rübünün nəticələrinə görə, VTB (Azərbaycan)-nın kapitalının gəlirliliyi (ROE) 12,24% təşkil edib.

Bankın məcmu kapitalı isə 98,7 milyon manatı ötüb, bu da Mərkəzi Bankın normativ tələblərini 47,8 milyon manat (təxminən 2 dəfə) üstələyib.

You may also like

Leave a Comment

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.