“Meta” (keçmiş “Facebook”) şirkətinin ən geniş radiusda yayılan proqram təminatlarından olan “Whatsapp” sosial mediası vasitəsilə artıq ödənişlər etmək və pul köçürmələri həyata keçirmək mümkünləşəcək.
“Meta” şirkətinin fintech departamentinin sədri Stephane Kasriel mətbuat konfransında bildirib ki, şirkətin məhsullarından biri olan “Novi” kriptovalyutasının “Whatsapp” tətbiqetməsi üzərindən əməliyyatlarına start verilib. İlkin olaraq, pilot layihə kimi start verilən bu test mərhələsi yalnız ABŞ daxilində bir neçə ştatda istifadə edilə biləcək.
Test mərhələsinin 2022-ci ilin ortalarına qədər davam edəcəyini vurğulayan Kasriel “Diem” adlı yeni rəqəmsal cüzdan və rəqəmsal valyuta layihələrinin də planlama mərhələsində olduğunu açıqlayıb.