Home » Xalq Bankda qiymətli metal hesabı

Xalq Bankda qiymətli metal hesabı

by ulviyya
0 rəy 2 baxış 1 dəqiqə oxuma

Xalq Bank müştərilərə investisiya fəaliyyətini genişləndirmələri üçün fiziki olmayan qızıl və gümüşün əldə edilməsi və hesabda saxlanılması üzrə xidmətləri təklif edir. Bunun üçün Xalq Bankda qiymətli metal hesabı açmaq və hesaba mədaxil olunan pul vəsaitlərini Bankın daxili məzənnəsi ilə qiymətli metala dəyişmək kifayətdir.

Hazırda qiymətli metal hesabı müxtəlif risklərdən qorunmaq üçün ən populyar və effektiv aktivlərdən sayılır. İstənilən vaxt hesabda olan metal qalığı Bankın daxili məzənnəsi ilə satılaraq yenidən pul vəsaitinə çevrilə bilər. Həmçinin, qiymətli metalın hesabda saxlanılması əlavə xərc yaratmır. Hesabın qalığı troy unsiyası ilə əks olunur. Qeyd edək ki, Xalq Bankda qiymətli metal hesabının açılması pulsuzdur və hesaba ilkin mədaxil məbləği tələb olunmur. Bankla bağlanılan bir əqd üzrə qiymətli metalın miqdarı min. 1 XAU/XAG troy unsiyası təşkil etməlidir.

Müştərilər xidmətdən yararlanmaq üçün Xalq Bankın filiallarına müraciət edə bilərlər.

Xalq Bankın məhsul və xidmətləri barədə məlumatları Bankın filial şəbəkəsindən,  https://www.xalqbank.az// rəsmi internet səhifəsindən, 138 Çağrı mərkəzindən, həmçinin müxtəlif sosial şəbəkə səhifələrindən əldə etmək olar.

Oxşar xəbərlər

Rəy bildir

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.