Home » Xaricdən Elektron Hökumət Portalına giriş məhdudlaşdırılıb

Xaricdən Elektron Hökumət Portalına giriş məhdudlaşdırılıb

by ulviyya
0 rəy 3 baxış 1 dəqiqə oxuma

Xarici ölkələrdən Elektron Hökumət Portalına giriş qismən məhdudlaşdırılıb.

BBN.az bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinə istinadən xəbər verir.

Qurum müxtəlif media qurumlarında “E-Gov.az” saytına kiber hücum edilməsi ilə bağlı yayılan məlumatlara aydınlıq gətirib.

“Məhdudiyyətin məqsədi mövcud vəziyyətlə bağlı tam rəqəmsal təhlükəsizliyin təmin edilməsi, vətəndaşlarımızın şəxsi məlumatlarının düşmənlərdən qorunmasıdır. Bu təcrübə xüsusi hallarda tətbiq edilir, yalnız müvəqqəti və önləyici xarakter daşıyır.

Hazırda Azərbaycandan olan istifadəçilər üçün Portal adi rejimdə işləyir. vətəndaşlardan heç bir şikayət daxil olmayıb, texniki proseslərlə bağlı hər hansı gecikməyə yol verilməməsi məqsədilə davamlı monitorinqlər aparılır”, – deyə agentlik bəyan edib.

Oxşar xəbərlər

Rəy bildir

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.