Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
"Yandex" axtarış sisteminin Azərbaycandakı payı 9 dəfə azalıb - BBN

“Yandex” axtarış sisteminin Azərbaycandakı payı 9 dəfə azalıb

2026-cı ilin avqust ayında Azərbaycanda kompüter, mobil telefon və planşetlər daxil olmaqla bütün platformalarda “Google” axtarış sisteminin bazar payı 97,35% təşkil edib.

BBN.az xəbər verir ki, bu barədə “StatCounter”in hesabatında bildirilib.

Məlumata görə, “Google”un bazar payı iyul ayı ilə müqayisədə 1,06 faiz bəndi azalıb. Bununla belə, ötən ilin avqust ayı ilə müqayisədə göstərici 16,63 faiz bəndi artıb.

Axtarış sistemləri üzrə Azərbaycanda ikinci yerdə “Yandex” qərarlaşıb. Onun bazar payı aylıq müqayisədə 0,93 faiz bəndi artsa da, illik müqayisədə 14,88 faiz bəndi və ya təxminən 9 dəfə azalaraq 1,89% olub.

“Bing” 0,57% bazar payı ilə üçüncü yerdə qərarlaşıb. Platformanın göstəricisi ay ərzində 0,06 faiz bəndi artıb, illik müqayisədə isə 0,74 faiz bəndi azalıb.

Dördüncü pillədə “DuckDuckGo” yer alıb. Onun bazar payı avqust ayında 0,11% təşkil edib. Bu göstərici aylıq müqayisədə 0,05 faiz bəndi artıb, illik müqayisədə isə 0,47 faiz bəndi azalıb.

İlk beşliyi “Yahoo” tamamlayıb. Platformanın bazar payı 0,07% olub. Bu, iyul ayına nisbətən 0,03 faiz bəndi çox, 2025-ci ilin avqust ayına nisbətən isə 0,45 faiz bəndi azdır.

Related posts

Azərbaycanda ən çox istifadə olunan brauzer açıqlanıb

Azərbaycanda “YouTube”un sosial media bazarındakı payı azalıb

Azərbaycanda ən çox istifadə edilən sosial şəbəkə açıqlanıb

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı