0

Yanvarda Azərbaycan sığorta bazarı üzrə yığımların həcmi 13,7% artaraq 133,948 milyon manata çatıb.
BBN.az xəbər verir ki, Mərkəzi Bankdan verilən məlumata əsasən bu dövrdə sığorta şirkətlərinin həyata keçirdikləri ödənişlərin həcmi isə ötən ilin eyni dövrünə nisbətən 2 dəfə artaraq 35,168 milyon manata bərabər olub
Ödənişlərin yığımlara nisbətən kəskin artması sığorta bazarının zərərliliyini artırıb. Belə ki, ötən il toplanmış hər 100 manat sığorta haqqının 14,1 manatı ödənişə yönəldilibsə, bu ilin yanvar ayında bu rəqəm 26,3 manat təşkil edib.




