Home » Yaponiya və Cənubi Koreya rekord qırdı – Nvidia Asiya bazarlarını coşdurdu

Yaponiya və Cənubi Koreya rekord qırdı – Nvidia Asiya bazarlarını coşdurdu

by Zeyneb
0 comments 1 views 1 minutes read

Asiya fond bazarlarında güclü yüksəliş qeydə alınıb. Xüsusilə Nvidia-nın gözləntiləri üstələyən maliyyə nəticələri regionda texnologiya və çip istehsalçılarına ciddi təkan verib. Yaponiyanın Nikkei 225 və TOPIX indeksləri tarixi maksimuma yüksəlib. Buna səbəb kimi Yaponiya Mərkəzi Bankında (BOJ) faiz artımı gözləntilərinin azalması göstərilir. İki “yumşaq mövqeli” akademikin rəhbərliyə namizəd göstərilməsi bazarda faiz artımlarının ləngiyəcəyi fikrini gücləndirib. Yenin zəifləməsi isə ixrac yönümlü şirkətlərin səhmlərinə əlavə dəstək verib.Bu arada Cənubi Koreya indexi də 2%-dən çox artıb. Regionun ən yaxşı performansını KOSPI indeksi göstərib – indeks 2%-dən çox yüksələrək rekord həddə çatıb. Nvidia ilə sıx əməkdaşlıq edən iki nəhəng –

  • Samsung Electronics
  • SK Hynix

rekord səviyyələrə yüksəlib.

Hər iki şirkət Nvidia üçün yaddaş çiplərinin əsas təchizatçılarındandır. AI (süni intellekt) əsaslı çiplərə tələbin yüksək qalması investorları optimist saxlayır.

Eyni zamanda:

Cənubi Koreya Mərkəzi Bankı faiz dərəcələrini sabit saxlayıb;

SK Hynix ölkədə yeni istehsal müəssisəsi üçün 15 milyard dollardan çox investisiya planlaşdırdığını açıqlayıb;

Samsung yeni flaqman smartfon xəttini təqdim edib.

Çin və Honq Konq isə qarışıq siqnallar verib. Çində CSI 300 və Shanghai Composite indeksləri əvvəlki yüksəlişdən sonra cüzi geriləyib. Hang Seng Index isə texnologiya sektorundakı zəiflik fonunda 0.5% enib. İnternet nəhəngi Baidu maliyyə hesabatı öncəsi təzyiq altında qalıb. Digər bazarlardakı vəziyyətə gəldikdə isə :

Avstraliyanın S&P/ASX 200 indeksi rekord yeniləyib.

Hindistanın Nifty 50 indeksi müsbət zonada ticarət olunub.

Taylandın SET Index mərkəzi bankın gözlənilməz faiz endirimindən sonra yüksəlib.

Hazırda Wall Street-də də texnologiya səhmlərində artım müşahidə olunub. Bununla belə, Nvidia-nın Çin satışları və inventar səviyyələri ilə bağlı bəzi suallar qalmaqdadır. investorlar Tokio üzrə inflyasiya məlumatlarını və mərkəzi bankların növbəti addımlarını diqqətlə izləyirlər.

Süni intellekt bumunun davam etməsi Asiya bazarlarını yenidən rekordlara daşıyır. Əsas sual isə budur: Nvidia yüksəlişi davam etdirə biləcəkmi?

You may also like

Leave a Comment

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.