0
![](https://bbn.az/wp-content/uploads/2024/05/Azerbaycan_Kredi_karti_570x90.png)
Yaponiyada qızılın qiyməti rekord həddə çatıb.
BBN.az xəbər verir ki, ölkənin ən böyük qiymətli metal ticarəti şirkətlərindən biri olan “Tanaka kikinzoku” qızılın bir qramının qiymətini 9 876 yen (70,54 ABŞ dolları) səviyyəsində müəyyən edib. Belə ki, qızılın qiyməti bu ilin aprel ayı ilə müqayisədə 330 yen (2,36 ABŞ dolları) və ya 3,4% artıb.
Qızılın bahalaşmasına bir sıra Amerika və Avropa banklarının müflis olması səbəb olub. Hazırda artımın davam etməsi yenin ucuzlaşması ilə bağlı ola bilər.