Home » “Agile idarəetməyə keçid prosesi üzrə Türkiyə təcrübəsi” mövzusunda seminar keçirilmişdir

“Agile idarəetməyə keçid prosesi üzrə Türkiyə təcrübəsi” mövzusunda seminar keçirilmişdir

by anar
0 comment 17 views 1 minutes read

14 iyun 2023 cü il tarixində Azərbaycan Bank Tədris Mərkəzi və Türkiyənin “Projera” şirkətinin birgə təşkilatçılığı ilə “Agile idarəetməyə keçid prosesi üzrə Türkiyə təcrübəsi” mövzusunda seminar keçirilmişdir.

Seminarda “Agile” və “Scrum”un banklarda transformasiyaya verdiyi töhfə, Türkiyə banklarında uğurlu çevik transformasiya prosesləri, çevik liderlik kimi mövzulara toxunulmuş, bankların (ING Bank, Ziraat Katılım, Kuveyttürk və s.) və digər qurumların (Turkcell, Architecht və s.) təcrübələri paylaşılmışdır.

Tədbirin spikeri “Projera” şirkətinin təsisçisi və direktoru Dinçer Özturan təqdimatla çıxış etmiş, sonda mövzu üzrə suallar cavablandırılmış və müzakirələr aparılmışdır.

Qeyd edək ki, Azərbaycan Banklar Assosiasiyası (ABA) tərəfindən 13-14 iyun 2023-cü il tarixlərində Azərbaycan Respublikasının Mərkəzi Bankının dəstəyi ilə ənənəvi FİNTEX SAMMİT 2023 (MALİYYƏ VƏ TEXNOLOGİYALAR EXPO): “Bank və maliyyə ekosistemində yeni trendlər: innovativ həllər, fintex və təhlükəsizlik” keçirilmişdir. Sözügedən seminar da Sammit çərçivəsində təşkil edilən yan tədbirlərdən biri olmuşdur.

You may also like

Leave a Comment

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.