Home » “YAŞAT” Fondunda ABA üzv bankların nümayəndələri ilə görüş baş tutub

“YAŞAT” Fondunda ABA üzv bankların nümayəndələri ilə görüş baş tutub

by anar
0 comments 2 views 1 minutes read

5 mart 2025 ci il tarixində “YAŞAT” Fondunda Azərbaycan Banklar Assosiasiyası (ABA) üzv bankların nümayəndələri ilə görüşü baş tutub.

Tədbir “YAŞAT” Fondunun ABA ilə birgə əməkdaşlıq çərçivəsində gerçəkləşib.

“YAŞAT” Fondunun rəhbəri, Qarabağ qazisi Elvin Hüseynov şəhid ailə üzvlərinə və müharibə əlillərinə dəstək istiqamətində həyata keçirilən işlər, sosial layihələr və təşəbbüslər barədə məlumat verib.

Həmçinin müvafiq çərçivədə nəzərdə tutulan məsələlər və prioritet hədəflər diqqətə çatdırılıb.

Görüşdə çıxış edən ABA-nın İcraçı direktoru Yunus Abdulov torpaqlarımızın azad olunmasında iştirak edən hərbiçilərimizin, onların ailə üzvlərinin, düşmən təxribatı nəticəsində zərər görmüş mülki vətəndaşların dəstəklənməsi istiqamətində ABA üzv bankları tərəfindən görülmüş işlər barəsində iştirakçıları məlumatlandıraraq, bundan sonra da Assosiasiyanın üzv bankları tərəfindən “Yaşat Fondu” ilə yaxından əməkdaşlıq etməyə davam edəcəyinə əmin olduğunu vurğulamışdır.

Görüş iştirakçıları arasında qeyd olunan məqamlar üzrə əməkdaşlıq perspektivləri, Fondun fəaliyyəti üzrə icra olunacaq layihələrə mümkün dəstək tədbirləri müzakirə edilib.

“YAŞAT” Fondunun əsas məqsədi şəhid ailələrinin və hərbi əməliyyatlar nəticəsində əlilliyi müəyyən olunmuş şəxslərin sosial müdafiəsi sahəsində dövlət tərəfindən həyata keçirilən tədbirlərə əlavə dəstək verilməsi istiqamətində vətəndaş cəmiyyəti təşəbbüslərinin reallaşdırılması üçün müvafiq platformanın yaradılması, bu sahədə şəffaflığın, hesabatlılığın və ictimai nəzarətin təmin edilməsidir.

You may also like

Leave a Comment

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.